25 may 2012 16:48
AFFA Litva yığmasını Bakıya gətirir
Xəbər verdiyimiz kimi, mayın 30-dan iyunun 4-dək olan müddətdə Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında II Caspian Cup beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, Türkmənistanın müvafiq yaş qrupundan ibarət yığma komandasının texniki məsələlərlə əlaqədar turnirdə iştirak etməyəcəyi müəyyənləşib.
Türkmənistan yığmasının əvəzinə II Caspian Cup-da Litvanın U-17 komandası çıxış edəcək. Turnirin təqvimini bir daha diqqətinizə çatdırırıq:
30 may
10:00. Litva – Qazaxıstan. AZAL Arena
10:00. Türkiyə – Gürcüstan. «Dalğa Arena»
16:30. Açılış mərasimi. «Dalğa Arena»
17:00. Azərbaycan – Qırğızıstan. «Dalğa Arena»
19:30. Yaponiya – Özbəkistan. «Dalğa Arena»
31 may
10:00. Özbəkistan – Türkiyə. AZAL Arena
10:00. Yaponiya – Gürcüstan. «Dalğa Arena»
17:00. Litva – Qırğızıstan. «Dalğa Arena»
20:00. Qazaxıstan – Azərbaycan. «Dalğa Arena»
2 iyun
10:00. Qazaxıstan – Qırğızıstan. AZAL Arena
10:00. Gürcüstan – Özbəkistan. «Dalğa Arena»
17:00. Yaponiya – Türkiyə. «Dalğa Arena»
19:15. Azərbaycan – Litva. «Dalğa Arena»
4 iyun
10:00. 7-ci yer uğrunda oyun. AZAL Arena
10:00. 5-ci yer uğrunda oyun. «Dalğa Arena»
17:00. 3-cü yer uğrunda oyun. «Dalğa Arena»
19:30. Final
21:15. Bağlanış mərasimi
