25 may 2012 17:36
FİFA penalti seriyasını ləğv etmək istəyir
FIFA prezidenti Zepp Blatter Macarıstanın paytaxtı Budapeştdəki konqresdə qəribə təşəbbüslə çıxış edib. Azerisport.az xəbər verir ki, o, böyük turnirlərdə qaliblərin müəyyənləşdirilməsi üçün tətbiq olunan oyun sonrası penaltilərə alternativ tapılmasını istədiyini dilə gətirib.
Bütün mövsüm ərzində çəkilən əziyyətin sadəcə oyundan sonrakı penaltilərlə boşa verilməsinə qarşı çıxan Blatter bunun ləğvinin tərəfdarı olduğunu dilə gətirib. Lakin o, buna daha layiqli bir əvəzləyici variant tapılmasının vacibliyini söyləyib.
Bu məqsədlə müvafiq qrup yaradılıb ki, həmin qrupa daxil olan mütəxəssislər. DÇ-2014-ün startına qədər bu və digər məsələlərlə bağlı yenilikləri təqdim etməlidilər.
