25 may 2012 17:58

“Yaponiya ilə oyunda Berti Foqtsun dediyi sürətli oyunu görmədim”

“Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyev azerisport.az saytına müsahibəsində gələcək karyerası, yığmamızın Yaponiya ilə yoldaşlıq görüşü, eləcə də Andorra ilə qarşıdan gələn Andorra ilə sınaq matçı barədə fikirlərini açıqlayıb.
 
- Növbəti mövsümdə karyeranızı harda davam etdirəcəyinizi müəyyənləşdirmisiz?
- Artıq klub rəhbərliyi ilə görüşmüşəm. Amma müqavilə imzalanmayıb. Yəqin ki, yenə “Qarabağ”da qalacağam.
 
- Yenə ehtiyatda oturmalı olacaqsız?
- Yeni mövsümdə buna dözməyə hazırlaşmıram. Yenidən əsas heyətin üzvü olmaq istəyirəm. Belə uğursuz mövsümdən sonra komandaya daha yaxından kömək etmək istəyirəm. Növbəti mövsümdə hər şey fərqli olacaq. Komanda daha yaxşı oyun və nəticə göstərməlidi.
 
- Yaponiya – Azərbaycan matçına baxdınız?
- Şübhəsiz. Təəssüf ki, maraqlı futbol görə bilmədim. Hər iki komanda darıxdırıcı oyun sərgilədi. Komandamız uzun mövsümdən sonra yorğun görünürdü. Görüşün nəticəsi də məni təəccübləndirmədi. Hamı gözəl başa düşürdü ki, rəqib güclüdü və qələbə qazanacaq.
 
- Amma ən azından heç-heçəyə ümid etmək olardı...
- Hər şey ola bilərdi. Mən də ən azından uduzmayacağımızı gözləyirdim. Oyundan sonra Berti Foqts deyib ki, ikinci hissədə komandamız bir qədər sürətli futbol sərgiləyib. Amma şəxsən mən belə bir şey görmədim. 90 dəqiqə ərzində cəmi iki təhlükəli vəziyyət yarada bildik. Onun dediyi sürətli oyunu sərgiləyə bilsəydik, daha çox şeyə nail olardıq.
 
- Sizcə, Yaponiya daha güclü oyun sərgilədi, yoxsa millimiz çox zəif təsir bağışladı?
- Əlbəttə, Yaponiya yığması DÇ-2010-dakı qədər yaxşı oynamadı. Bu komanda öz imkanlarından 70 faiz istifadə etdi. Digər tərəfdən o da mümkündü ki, rəqib də yığmamızdan ehtiyatlanırdı. Çünki onlar indiyə qədər heç vaxt Azərbaycanla qarşılaşmamışdılar. Lakin biz bu rəqiblə bərabər səviyyəli oyun sərgiləyə bilərdik. Amma heyətimizdə müdafiə planlı oyunçular çox idi. Əgər komanda daha çox müdafiə olunursa, başqa nəsə gözləməyə də dəyməz. Elə buna görə də belə az qol vəziyyəti yarada bildik.
 
- Andorra ilə oyundan nə gözləyirsiz?
- Ancaq qələbə. Baxmayaraq ki, bizim üçün bu rəqib də çox zəif sayılmamalıdı. Bəlkə də bu, iki bərabər səviyyəli komandanın görüşüdü. Seçmə mərhələ öncəsi futbolçularımızda öz güclərinə əminlik olmalıdı. Bunun üçün isə Andorra üzərində qələbə çox vacibdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.