25 may 2012 11:35

Aleksandr Şoliç: İstənilən müqaviləyə razılaşacağam

“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytına müsahibəsində kubokun “Neftçi” ilə final oyunundan, “Xəzər Lənkəran”ın təklifindən, eləcə də klubuyla yeni müqaviləsindən danışıb.
 
- Sizin digər iki Azərbaycan klubundan təklif almağınız barədə söhbətlər doğrudu?
- Mənim “Bakı”yla müqaviləmin müddəti mövsümün sonunda başa çatmalıydı. Buna görə bəzi təkliflər alırdım. Bunların arasında “Xəzər Lənkəran” da var idi. Amma mən “Bakı”dan getmək haqda düşünə bilməzdim. Bu komanda bizim üçün bir ailədi. Prezident Hafiz Məmmədov, vitse-prezident Zeynal Məmmədov bizə çox yaxşı yanaşırlar. Onlara necə arxa çevirib, getmək olar?

 
- Deməli, “zolaqlılar”dan yeni müqavilə gözləyirsiz?
- Kubokun finalından sonra klubumuzun prezidenti də bildirdi ki, məni bundan sonra da komandada görmək istəyir. Odu ki, “Bakı”nın təklif etdiyi istənilən müqaviləyə razılaşacağam. Heç onun müddətinə də baxmayacağam. Ötən mövsüm biz avrokuboklarsız qalmışdıq. Amma rəhbərlik komandaya inanır və böyük ümidlər bəsləyir.
 
- Bəs digər ölkələrdən təklif varmı?
- Mənim həyatım artıq Azərbaycanla bağlıdı. Ölkəniz çox xoşuma gəlir. Ötən mövsüm agentim deyirdi ki, Almaniya və Avstriyadan mənə maraq göstərən klublar var. Lakin əgər “Bakı” mənim komandada qalmağımı istəyirsə, başqa təkliflər barədə düşünməyəcəm. Son üç ildə iki dəfə kubok qazanmışıq. Yeni mövsümdə isə çempionluğa oynayacağıq. Klubda futbolçular üçün lazımı hər şey var. Qalır yalnız qələbə qazanmaq.
 
- Mövsüm artıq geridə qalsa da, qarşıdan Avropa Liqası gəlir...
- Bizim hələ rəhbərliklə bu barədə danışığımız olmayıb və qarşımıza konkret hədəflər qoyulmayıb. Hər şey bizə püşkatmada kimin rəqib olmağından asılıdı. Fikrimcə, “Bakı” mümkün qədər çox irəliləməyə çalışacaq. Bunun nə dərəcədə yaxşı alınacağını zaman göstərəcək.
 
- Bəs klub prezidenti kubokun finalından sonra hədəflərdən danışmadı?
- O, bizi qələbə və gözəl oyuna görə təbrik etdi. Bizə onun sevincini görmək çox xoş idi. Hafiz Məmmədov bizim üçün hər şey edir. Siz inanmazsınız, amma klub futbolçuların hər bir problemini qısa müddətə həll edir. Bu mövsüm onları uğursuzluqlarımızla çox məyus etdik. Amma finalda bunun əvəzini çıxa bildik.
 
- Sizcə, klub rəhbərliyi Novruz Əzimovla əməkdaşlığı davam etdirməlidi?
- O, komanda üçün çox şey edib. Əlbəttə, Əzimov komandanı Avropa Liqasında da çalışdıra ilər. Amma son söz klub rəhbərliyinindi. Mən onların nəyə qərar verdiyini bilmirəm. Ümumiyyətlə, bu barədə nəsə deməyim də mən tərəfdən düz addım olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.