25 may 2012 00:01
Bosniyalı müdafiəçi: Azərbaycan klubundan təklif almışam
Xorvatiyanın “Osiek” klubunun müdafiəçisi Yosip Lukaçeviç bəyan edib ki, o, Azərbaycan təmsilçilərinin birindən təklif alıb. Azerisport.az xəbər verir ki, bosniya və herseqovinalı futbolçu bununla bağlı açıqlamasında aşağıdakıları dilə gətirib:
“İstənilən futbolçu özünə daha yaxşı iş yeri tapmaq istəyər. Bunda təəccüblü heç nə yoxdu. Hazırda Azərbaycandan təklif almışam. Lakin hələlik onlar məni qane edə bilmirlər”.
“İstənilən futbolçu özünə daha yaxşı iş yeri tapmaq istəyər. Bunda təəccüblü heç nə yoxdu. Hazırda Azərbaycandan təklif almışam. Lakin hələlik onlar məni qane edə bilmirlər”.
