25 may 2012 12:53
Berti Foqts milliyə daha 3 futbolçu çağırdı
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətinə daha 3 futbolçu çağırılıb. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts müdafiəçi Vurğun Hüseynov (Qəbələ), yarımmüdafiəçi Uğur Pamuk (Sumqayıt) və Vüqar Əsgərova (“Metallurq” Liepaya, Latviya) da dəvət göndərib.
Qeyd edək ki, yığmamız mayın 30-da Andorra ilə yoxlama oyunu keçirəcək. Bu futbolçular da həmin sınaq matçında qüvvələrini sınaya biləcəklər.
