26 may 2012 13:10
Xəzər Lənkəranın hücumçusu Qvatemalaya qol vurdu (VİDEO)
“Xəzər Lənkəran”ın forvardı Rendal Brenes Kosta Rika yığmasının heyətində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, o, Qvatemala ilə görüşün iştirakçısı olub.
Brenes hətta bu görüşdə qol da vurmağa imkan tapıb. Belə ki, cənubluların hücumçusu komandası 0:1 hesabıyla məğlub durumda olarkən hesaba tarazlıq gətirən qola imza atıb. Onun zərbəsi nəticəsində top, rəqib müdafiəçiyə dəyərək tora daxil olub.
Qarşılaşma isə 3:2 hesabıyla Kosta Rika yığmasının qələbəsiylə başa çatıb.
