26 may 2012 13:38
İslandiyanın yığmamızla oyuna heyəti açıqlandı
Futbol üzrə İslandiyanın gənclərdən ibarət yığmasının məşqçilər korpusu AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun üçün heyəti açıqlayıblar. Azerisport.az xəbər verir ki, islandlar millimizlə oyuna 19 futbolçu dəvət ediblər.
Qeyd edək ki, İslandiya yığmamızla doğma meydanda qarşılaşacaq. İslandiya – Azərbaycan oyunu iyunun 6-da keçiriləcək. Bu komandalar arasında fevralın 29-da Bakıda keçirilən görüşdə yığmamız qələbə qazanan tərəf olmuşdu – 1:0.
Yığmamızın İslandiyadan öncə iyunun 1-də səfərdə Norveçlə qarşılaşacağını da qeyd edək.
Qapıçılar: Arnar Darri Petursson, Asqeyr Maqnusson, Arni Olafsson;
Müdafiəçilər: Holmar Eyolfsson, Yohan Laksdal, Kristin Yonsson, Eydur Siqurdsson, Hordur Maqnusson, Eynar Eynarsson, Hakur Hauksson;
Müdafiəçilər: Holmar Eyolfsson, Yohan Laksdal, Kristin Yonsson, Eydur Siqurdsson, Hordur Maqnusson, Eynar Eynarsson, Hakur Hauksson;
Yarımmüdafiəçilər: Finnur Marqeyrsson, Viktor Palsson, Byorn Sverisson, Kristin Steyndorrson, Yon Dal Bodvarsson, Runar Siquryonsson;
Hücumçular: Byorn Siqurdarson, Aron Yohansson, Torsteyn Raqnarsson.
Hücumçular: Byorn Siqurdarson, Aron Yohansson, Torsteyn Raqnarsson.
