26 may 2012 14:15
Simurq daha bir futbolçu ilə müqavilə bağladı (FOTO)
"Simurq" Peşəkar Futbol Klubu yarımmüdafiəçisi Qərib İbrahimovla müqaviləsinin müddətini artırıb. Yeni sazişə əsasən 24 yaşlı futbolçu növbəti mövsümün sonuna qədər komandamızın formasını geyinəcək.
Tovuz futbol məktəbinin yetirməsi 2010-cu ildən "Simurq"un formasını geyinir. Bu mövsüm komandamızın heyətində 28 matçda forma geyinib və 2120 dəqiqə mübarizə aparıb.
