26 may 2012 14:44
“Avropa Liqasının qrup mərhələsində çıxış etmək istəyirik”
“Bakı”nın baş məşqçisi vəzifəsini yerinə yetirən Novruz Əzimov komandanın Avropa Liqasında hazırlıq planlarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komanda avrokuboklarda uğur qazanmaq istədiyi üçün artıq iyunun 5-dən etibarən bir araya gələcək. Əlimizdən gələni edəcəyik ki, komanda qarşıdakı məsul sınağa tam hazır olsun. Şübhəsiz ki, elə bu mövsümdən etibarən Avroliqanın qrup mərhələsində çıxış etmək istərdik. Özü də bu, təkcə bizim azarkeşlərimizin yox, bütün Azərbaycanın arzusudu. Tezliklə klub rəhbərliyi ilə də görüşüb, komandanı gücləndirmək yönündəki planlarımızı müzakirə edəcəyik”.