26 may 2012 02:55
İspaniya kubokunu Barcelona qazandı
Futbol üzrə İspaniya kubokunun yeni qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin həlledici matçında “Barcelona” ilə “Athletic” klubları üz-üzə gəliblər.
Hər iki klub cari mövsümkü digər turnirlərdə uğurlu sonluğa nail ola bilmədiyindən ən azı İspaniya kubokunu qazanmağa iddialı idilər. Lakin Kataloniya təmsilçisi Bilbao klubuna nisbətən bu uğuru daha çox istədiyini isbatlaya bilib. Belə ki, “Barcelona” Xosep Qvardiolanın rəhbərliyi altında keçirdiyi son görüşdə rəqibini 3:0 hesabıyla darmadağın edərək İspaniya kubokunu başı üzərində qaldırıb.
Qeyd edək ki, bu, “Barcelona”nın 26-cı belə uğurudu. İspaniya kubokunu ən çox qazanan klub olan Kataloniya təmsilçisinin bu mənada ən yaxın izləyicisi də elə məhz “Athletic” idi. Bu komanda tarixi ərzində 23 dəfə kuboku başı üzərinə qaldırsa da, bu dəfəki finalda kataloniyalılara yaxınlaşmaq fürsətindən yararlana bilmədi. Üçüncü pillədə isə Madrid “Real”ı gəlir – 18 kubok.
İspaniya kuboku
Final
25 may
Barcelona – Athletic – 3:0
Qollar: Pedro, 3; 25, Messi, 20.
