26 may 2012 16:20
Azərbaycan millisi Estoniya yığmasına 20 qol vurdu
Latviyanın paytaxtı Riqada eşitməqüsurlu əlillərdən ibarət yığma komandalar arasında təşkil olunmuş beynəlxalq turnirdə Azərbaycan yığması növbəti böyükhesablı qələbə qazanıb. Azerisport.az xəbər verir ki, bu gün Estoniya yığması ilə qarşılaşan komandamız 20:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, yığmamız bu turnirdə mayın 25-də Litva komandası ilə qarşılaşmış və rəqibini 10:3 hesabı ilə məğlub etmişdi.
