26 may 2012 00:15
Berti Foqts daha üç futbolçunu millidən uzaqlaşdırdı
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsini daha 3 futbolçu tərk edəcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts Əli Gökdəmir, Cavid İmamverdiyev və Vurğun Hüseynov yığmadan kənarlaşdırılıb.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, Əli Gökdəmir və Cavid İmamverdiyev U-21-in heyətinə qoşulacağı, Vurğun Hüseynov isə zədəli olduğu üçün millinin düşərgəsindən ayrılacaq.
