26 may 2012 11:34
Amit Quluzadə: Başqa klublarla danışıqlar aparmağıma icazə vermirlər
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Amit Quluzadə azerisport.az saytına müsahibəsində Türkiyə birinci divizionunda çıxış edən “Erciyesspor” klubunda keçirdiyi mövsümü dəyərləndirib, “Neftçi”nin çempionluğundan danışıb, gələcək karyerası ilə bağlı planlarını açıqlayıb.
- Çempionatın son turlarında adınızın ümumiyyətlə iştirak ərizələrinə salınmaması nə ilə bağlı idi? Bu, komandadan gedəcəyinizə işarə deyil ki?
- Mətbuatda mənim gələcək karyeramla bağlı çoxlu informasiyalar yayılmaqdadı. Amma mən deyim ki, “Erciyesspor”dakı durumumdan razıyam və karyeramı məhz Türkiyə klubunda davam etdirəcəyəm. İyunun 20-də bizim təlim-məşq toplanışımız başlayacaq. Həmin hazırlıq prosesində mən də iştirak edəcəyəm. Mənim klubla daha bir illik müqaviləm var. Bir ildən sonra isə klub tam olaraq transfer hüquqlarıma yiyələnə də bilər. Odu ki, müqaviləmin sonuna kimi “Erciyesspor”da qalmağı düşünürəm.

- Digər klublardan təkliflər vardı?
- Bəli. Türkiyənin bəzi klubları mənimlə maraqlanırdılar. Amma mənə digər klublarla danışıqlar aparmağa icazə vermədilər. “Erciyesspor” rəhbərliyi mənim çıxışımdan razı olduğunu bildirirdi. Bu üzdən də digər klublarla danışıqlar aparmağımıza razı olmadılar. Bu üzdən də digər klublarla öz karyeramı müzakirə etməyə haqqım yox idi.

- Bəs son oyunlarda ehtiyatda qalmağınızın əsl səbəbi nə idi?
- Mənim zədəm var idi. Ondan sonra heyətə qayıtmaqda çətinlik çəkdim. Mövqeyimdə çıxış edən futbolçu da özünü yaxşı tərəfdən göstərə bildiyi üçün, baş məşqçimiz onu dəyişmək istəmirdi. Lakin bu, baş məşqçinin məni bəyənmədiyi demək deyil. Sadəcə, az şans verirdi. Baş məşqçi də söhbətimiz zamanı mənə inandığını deyib.

- Amma baş məşqçiniz Kemalettin Şentürk Azərbaycan mətbuatına müsahibəsində bəyan edib ki, sizin hazırlıq səviyyənizdən narazıdı...
- Mən həmin müsahibəni oxumuşam. Ondan sonra klub prezidenti həmin sözləri təkzib etdi. “Erciyesspor” məni klubda saxlamaq istəyir. Əks halda mən komandada qalmazdım. Gələcək karyeram özümü də narahat edir. Amma düşünürəm ki, Türkiyədəki ikinci mövsümüm birinciyə nisbətən daha uğurlu alınacaq. Çoxlu məşq etmək lazımdı.
- Keçmiş komandanız “Neftçi” ardıcıl ikinci çempionluğunu yaşadı...
- Çempion olmaqları hər şeyi deyir. “Neftçi” qızıl medallara layiq idi. Komandanın heyəti əla idi. İndi Çempionlar Liqasında sözünü deməyin vaxtıdı. Uşaqlar hər şeyə hazır olmalıdılar. ÇL-in püşkü “Neftçi”yə hər cür rəqib çıxara bilər. İstənilən halda komandaya uğurlar arzulayıram. “Neftçi” ümidlərimizi doğrultmalıdı. Bu komanda mənim üçün doğmadı və onun hər bir uğuruna sevinirəm. Bildiyimə görə altı futbolçu komandadan gedib. Bu üzdən də heyəti gücləndirmək lazımdı. Onların yerinə daha güclü futbolçular alınmalıdı. Hər şey düzgün hazırlıqdan, yeni transferlərdən və püşkatmadan asılı olacaq. Çox istərdim ki, startda zəif rəqiblə düşsün.
- Xəbəriniz var ki, “Neftçi”nin müdafiəçisi Ruslan Abışovun da “Antalyaspor”a keçidi gündəmdədi?
- Bilmirdim. O, Azərbaycanın ən yaxşı futbolçularından biridi. Əgər bu keçid baş tutsa, çox yaxşı olar. Ruslan özünü Türkiyədə göstərə bilər. “Antalyaspor” indi güclü heyət formalaşdırır. Abışov da bu klubda çıxış edəcək gücdədi.