26 may 2012 12:16
Avstriya və Rumıniya çempionları Neftçiyə məktub ünvanlayıb
Bu mövsüm Rumıniya çempionatının qızıl medallarını qazanmış CFR Cluj klubu "Neftçi" PFK-ya məktub ünvanlayıb. Azerisport.az xəbər verir ki, klubun prezidenti Pol Mureşanın imzası ilə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqova göndərilən məktubda deyilir:
“Hörmətli cənab Sadıq Sadıqov. Təbrikinizə görə Sizə klubumuz adından təşəkkürümüzü bildirmək istərdik. Azərbaycanın ən böyük klubu tərəfindən təbrik olunmağımız bizim üçün şərəf və böyük qürurdur. Qarşıdan gələn çempionatda sizə uğurlar arzulayırıq”.
Digər məktub isə Avstriya çempionu "Zalsburq" klubundan gəlib. Klubun idman direktoru Peter Yoelin imzası ilə göndərilmiş məktubda deyilir: "Səmimi məktubunuza görə minnətdarıq. Qarşıda gələn mövsümdə sizə uğurlar arzulayırıq".
