26 may 2012 00:28
“Rəşad Abdullayevlə danışıqlar aparırıq”
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov komandanın transfer planları barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mövsümün sonunda komandadan ayrılan futbolçulardan bəziləri hələ qışda heyətdən uzaqlaşdırılmalı idilər. Amma biz bütün bu dəyişiklikləri mövsümün sonuna saxladıq. Artıq 10 futbolçu ilə yollarımızı ayırsaq da, gələnlər elə də çox olmayacaq. Peşəkar Futbol Liqasının yeni reqlamentində nəzərdə tutulan 21 yaşadək futbolçuların vacibliyi ilə bağlı tələbi nəzərə alsaq, bizə 4-5 belə oyunçu lazımdı. Yayda həmçinin səviyyəli legionerlər də almağı düşünürük. Yaxşı yerli futbolçulardan da imtina etməzdik. Amma demək olar ki, bütün yaxşı futbolçuların klublarıyla müqaviləsi var. Rəşad Abdullayevə gəlincə, biz onunla danışıqlar aparırıq. O, həqiqətən də “Qəbələ”ni gücləndirə bilər. Əgər razılığa gələ bilsək, o, növbəti mövsümdə komandamızda çıxış edəcək”.