26 may 2012 12:31
Yığmamızın rəqibi Uruqvayla sülh bağladı
Futbol üzrə Rusiya yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, şimal qonşularımız Uruqvayla sınaq matçında qüvvəsini yoxlayıb.
Rəqibini doğma meydanda qəbul edən ruslar fasiləyə qolsuz heç-heçə ilə yollanmalı olublar. İkinci hissə başlayan kimi uruqvaylılar hesabı açıblar. Lakin cəmi bir dəqiqə sonra Aleksandr Kerjakov Luis Suaresin qoluna cavab verməyi bacarıb. Beləcə, görüş 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki, Rusiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda qərarlaşıb.
