27 may 2012 14:41
Zaur Ramazanov: Xəzər Lənkəran püşkatmaya kimi heyətini komplektləşdirmək istəyir
Futbol üzrə Azərbaycan yığmasının sabiq forvardı, hazırda “Xəzər Lənkəran”ın seleksiyaçı məşqçisi kimi fəaliyyət göstərən Zaur Ramazanov azerisport.az saytının suallarını cavablayıb.
- B kateqoriyalı məşqçi kursundan keçdiniz?
- Kurslar bitsə də, keçib-keçmədiyimi hələ bilmirəm. Cavab gözləyirəm. Fikrimcə, hər şey uğurlu oldu.
- Kurslar bitsə də, keçib-keçmədiyimi hələ bilmirəm. Cavab gözləyirəm. Fikrimcə, hər şey uğurlu oldu.
- Yunis Hüseynovla işbirliyi necə gedir?
- Onunla işləmək asandı. Vaxtilə onun rəhbərliyi altında da çıxış etmişəm. Odu ki, onu başa düşmək mənimçün çətin deyil. Mümkündü ki, gələcəkdə Alim Qurbanov da bizə qoşulsun. O, “Xəzər Lənkəran”ın oynayan məşqçisi ola bilər.

- “Xəzər Lənkəran”ın Avropa Liqasına vəsiqə qazanmasından sonra yəqin ki, sizin də işiniz çoxalıb...
- Bəli. Amma hələlik yalnız Manuel Skarlatake ilə müqavilə imzalamışıq. Həm yerli, həm də xarici bazarda yeni futbolçu axtarışlarımız davam edir. Azərbaycanlı gəncləri komandamıza dəvət etməkdə maraqlı olsaq da, onların çoxunun klublarıyla müqavilələri var. Diqqətimizi çəkən bəzi əcnəbi futbolçular olsa da, hələlik danışıqlar davam edir. Amma çalışacağıq ki, Avroliqanın püşkatmasına – iyunun 25-nə qədər heyətimiz tam hazır olsun.
- Yığmamızın Yaponiya ilə oyununa baxdınız?
- Çox zəif oynadıq. O qədər zəif ki, Yaponiya az qala bizi tək ayaqla keçdi. Ola bilsin ki, komanda yorğun idi. Yəqin ki, uzun yol təsir etmişdi. Bütün futbolçular pis oynadı. Heç birini fərqləndirmək olmaz. Üçdən artıq ötürmə edə bilmirdilər. Yaponiyaya belə futbol oynamaq üçün getməyə dəyməzdi.

- Yığmadakı milliləşmiş legionerləri necə dəyərləndirərdiz?
- Onların yerli futbolçulardan nə iləsə fərqləndiyini görmədim. Halbuki, onlar bir baş üstün olmalıdılar. Mənim yadımda ancaq 7 nömrəli futbolçu qaldı (Cihan Özkaranı nəzərdə tutur – azerisport.az).
- Andorra ilə oyunda nəticə nə dərəcədə vacibdi?
- Andorra çox zəif rəqibdi. Beş il öncə onları 2:1 hesabıyla yenmişdik. Belə komandalarla görüşlərdə təcrübə toplamaq olmaz. Yaponiyaya gücümüzü göstərmək lazım idi.
- Andorra çox zəif rəqibdi. Beş il öncə onları 2:1 hesabıyla yenmişdik. Belə komandalarla görüşlərdə təcrübə toplamaq olmaz. Yaponiyaya gücümüzü göstərmək lazım idi.
- Berti Foqts bildirib ki, komandamızın əsas məqsədi AÇ-2016-ya vəsiqə qazanmaqdı...
- Maraqlıdı, bunu hansı heyətlə edəcəyik? Bu komanda ilə Avropa çempionatı? Mən buna nəsə inanmıram. AÇ-2016-ya cəmi 4 il qalıb. Bu isə futbolda elə də uzun müddət deyil. Şəxsən mən Foqtsa inanmıram. Amma ona da, komandamıza da bu yolda uğurlar arzulayıram.
- Azərbaycan və Gürcüstanın birgə AÇ-2020-ni keçirmək istəyinə münasibətiniz necədi?
- Şanslarımız normaldı. Əlbəttə, Avropa çempionatı səviyyəli turnirdi. Amma əgər bu turniri qəbul etmək hüququna yiyələnsək, həm bunu layiqli şəkildə həyata keçirməliyik, həm də normal komanda formalaşdırmalıyıq. Lakin Foqts əgər millini AÇ-2016-ya da çıxara biləcəksə, bu, lap yaxşı olar.