27 may 2012 15:50
Türkiyə yığmasında daha bir vida (FOTO)
Futbol üzrə Türkiyə millisində növbəti vida reallaşıb. Azerisport.az xəbər verir ki, qardaş ölkənin ən uğurlu futbolçularından biri Rüştü Rəçbər yığma karyerasına son qoyub.
Həm Avropa, həm də dünya çempionatının medalçısı olan Rəçbər sonuncu dəfə ötən gün Finlandiyaya 2:3 hesabı ilə məğlub olduqları matçda forma geyinib. O, oyundan sonra hər kəsə təşəkkür edib. Bununla da o, 39 yaşında yığma karyerasına son qoyub.
Qeyd edək ki, Rüştü 1994-2012-ci illərdə 120 dəfə milli fomanı geyinib. 12 oktbyabr 1994-cü ildə yığmada debüt edən qolkiper ilk matçını İsveçrəyə qarşı keçirib. Türkiyə millisi ilə 2000-ci ilin Avropa çempionatında 1/4 final, 2008-ci ildə yarımfinal matçı oynayan Rüştü 2002-ci ildə Dünya üçüncüsü olub. O, 2002-ci ildə FİFA tərəfindən Dünyanın ulduzlar komandasına, UEFA tərəfindən Avropada ilin komandasına salınıb və həmin il Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası tərəfindən “İlin qapıçısı” seçilib.
