27 may 2012 12:42
Qarabağın yarımmüdafiəçisi millimizin rəqibini cəzalandıra bilmədi
Xəbər verdiyimiz kimi, ötən gecə dünyanın yaşıl meydanlarında bir sıra yoxlama oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Makedoniya yığması da güclü Portuqaliya ilə qarşılaşıb.
Tərəflərin bütün səylərinə rəğmən, görüşdə hesab açılmayıb – 0:0.
Qeyd edək ki, Makedoniya yığmasına çağırılan futbolçular arasında “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem də vardı. Lakin o, 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib və DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Portuqaliyaya qarşı oynamaq şansı qazanmayıb.
