28 may 2012 15:15
Azərbaycan millisinin sabiq baş məşqçisi özünə yeni iş yeri tapdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Qyoko Haciyevski özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, vaxtilə “Bakı” və “Simurq” klublarını da çalışdırmış makedoniyalı mütəxəssis “Əl-Taavon”la anlaşıb.
Bu klub da Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. Haciyevski ötən mövsümün əvvəlindən etibarən sözügedən birincilikdə mübarizə aparan “Najran”ı çalışdırırdı. Lakin bu komanda ilə 12 klub arasında 11-ci olan mütəxəssis iş yerini dəyişməyə üstünlük verib. Nəticədə o, mövsümü 8-ci pillədə başa vurmuş “Əl-Taavon”u seçib.
Maraq üçün xatırladaq ki, Haciyevski 2007-2009 mövsümləri arasında “Bakı”nı çalışdırıb. Elə həmin dövrdə yığmamızı da bir neçə oyuna çıxaran təcrübəli mütəxəssis son olaraq 2010-2011 mövsümündə də “Simurq”un sükanı arxasında çalışıb.
