28 may 2012 16:54
Sol Kempbelldən şok açıqlama: AÇ-2012-yə getməyin!
Futbol üzrə İngiltərə yığmasının sabiq futbolçularından Sol Kempbell AÇ-2012 ərəfəsində gözlənilməz açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, o, qitə çempionatına getmək istəyən həmyerlilərinə qəribə bir xəbərdarlıqla diqqət çəkib.
Belə ki, Kempbell BBC telekanalına müsahibə verərkən AÇ-2012-yə ev sahibliyi edəcək Ukrayna və Polşada tarix boyunca irqçiliyin və millətçiliyin hökm sürdüyünü dilə gətirib və bu üzdən ingilis azarkeşləri sözügedən ölkələrə getməməyə səsləyib:
“Bu çempionat Polşa və Ukraynaya verilməməli idi. Evdə qalın, Avropa çempionatını televizordan izləyin. Özünüzü riskə atmayın”.
“Bu çempionat Polşa və Ukraynaya verilməməli idi. Evdə qalın, Avropa çempionatını televizordan izləyin. Özünüzü riskə atmayın”.
Qeyd edək ki, İngiltərə millisi AÇ-2012-də D qrupunda Fransa, İsveç və Ukrayna ilə qarşılaşacaq. BBC telekanalı Kempbellin bu şok açıqlaması ilə yanaşı yaxınlarda Ukraynada baş verən terror aktı, azarkeşlərin və millətçilərin xoşagəlməz hərəkətləri və sair barədə süjetlər də nümayiş etdirilib.
