28 may 2012 17:48

Əfran İsmayılov: Millimiz Andorranı yenə bilməsə, bizi başa düşməzlər

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində millimizin yoldaşlıq oyunlarından, eləcə də zədəsindən danışıb.

- Müalicəniz necə gedir?
- Türkiyədən bu yaxınlarda qayıtmışam. Hər şey əla keçdi. Hələlik fərdi şəkildə hazırlaşıram. Amma “Qarabağ” yenidən bir araya gələnə qədər mən tam qaydasında olacam.
 
- Yaponiya – Azərbaycan matçını izləyə bildiniz?
- Fikrimcə, uşaqlar özlərini heç də pis tərəfdən göstərmədi. Əlbəttə, heç-heçəyə nail olsaydıq, daha yaxşı olardı. Amma təəssüf ki, məğlub olduq. Amma unutmaq olmaz ki, rəqib çox güclü idi. Onların heyətindəki əksər futbolçular Avropanın aparıcı çempionatlarında çıxış edirlər. Lakin düşünürəm ki, yığmamız daha yaxşı oyun sərgiləyə bilərdi. Qarşıda Andorra ilə oyun var. Bu görüşdə mütləq qələbə qazanmaq lazımdı.
 
- Baş məşqçi Berti Foqtsun yaponlara qarşı az qala yeddi nominal müdafiəçi çıxarması qəribə seçim deyildi ki?
- Bu artıq baş məşqçiyə ünvanlanası sualdı. Kimi hara qoymaq lazım olduğuna o qərar verir. Bəli, meydanda az müdafiəçi yox idi. Amma yəqin ki, onun öz səbəbləri var idi. Həm də futbolçularımızda mövsümün sonu olduğuna görə yorğunluq var idi.
 
- Məgər Yaponiya yığmasının üzvlərində də eyni situasiya deyildi ki?
- Burda ustalıq səviyyəsi də öz sözünü deyir. Rəqib futbolçularda bu, daha yüksəkdi. Onlar artıq il ərzində daha çox oyun keçirməyə alışıblar. Oyun təcrübəsi, qabaqcıl çempionatlarda çıxış etmək və sair amillər təsirini göstərməyə bilməzdi. Elə həmin Kaqava hazırda nəinki Yaponiyada, bütün dünyada özündən söz etdirməkdədi.
 
- Andorra ilə oyundan nə gözləyirsiz?
- Fikrimcə, Andorranı məğlub edə bilməsək, bizi başa düşməzlər. Əlbəttə, futbolda hər şey mümkündü. Hətta FİFA reytinqində ən sonda gedən komandaya da məğlub olmaqdan sığortalanmaq mümkün deyil.
 
- Bu zədəniz sizi yığmadan ayrı salsa da, istirahət üçün daha yaxşı imkan yaradıb...
- Yığmadan kənarda qalmaq heç də yaxşı deyil. Mən də indi milli komandanın sıralarında olmağı çox istərdim. Amma zədə amili öz sözünü deyir. Nə etmək olar?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.