28 may 2012 00:06
Millimiz meydan sahiblərini də məğlub edib, birinci oldu
Eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqada təşkil olunmuş beynəlxalq turnirin qalibi adını qazanıb. Azerisport.az xəbər verir ki, turnirin son oyununda meydan sahibləri - Latviya yığması ilə qarşılaşan komandamız 6:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, yığmamız bu turnir çərçivəsində mayın 25-də Litva komandasını 10:3, mayın 26-da isə Estoniya yığmasını 20:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
