28 may 2012 00:15

Avroliqadakı klublarımızın menyusuna: potensial rəqiblər məlumdu

UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Neftçi”nin ikinci təsnifat mərhələsindəki bütün potensial rəqiblərinin müəyyənləşdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq Avropa Liqasında da ilkin təsnifat mərhələsinin demək olar bütün iştirakçıları bəllidi.
 
Bu mənada yalnız San Marinonun bir təmsilçisinin kim olacağı qaranlıq qalır. Həmin yeganə klubun kimliyinə də yaxın günlərdə aydınlıq gələcək.
 
Məlum olduğu kimi, Azərbaycanı Avroliqanın qarşdıdan gələn mövsümündə ölkə kubokunun qalibi “Bakı”, Premyer Liqanın gümüş mükafatçısı “Xəzər Lənkəran”, eləcə də bürünc medalların sahibi “İnter” təmsil edəcək. İlkin təsnifat mərhələsinin demək olar ki, bütün iştirakçılarının siyahısı bəlli olduğundan, klublarımızın da potensial rəqibləri bilinir.
 
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsində 74 komanda mübarizə aparacaq. 74 cüt arasından çıxacaq 37 qalib ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq. Hansı ki, növbəti mərhələdə onlara daha 43 komanda qoşulacaq və bu kollektivlər birgə üçüncü təsnifat mərhələsinə 40 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
 
Azərbaycan klubları ilkin təsnifat mərhələsində hamısı səpələnmişlər sırasında qərarlaşıb. Bu mənada xüsusilə “Xəzər Lənkəran”ın hansı səbətdə qərarlaşacağı sual altında idi. Lakin Avroliqaya vəsiqə qazanan digər klubların reytinq xallarının yerləşməsinə əsasən “Bakı” və “İnter”lə yanaşı “ağ-yaşıllar” da səpələnmişlər sırasına qərarlaşdı. Özü də cədvəldən də göründüyü kimi, cənub klubu bu səbətin son üzvüdü. Bu isə o deməkdi ki, “İnter” və “Bakı”yla bərabər, “Xəzər Lənkəran” da birinci təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alan nisbətən zəif komandalarla üz-üzə gələcək. Lakin ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaqları halda bütün təmsilçilərimiz səpələnməmişlər arasında yer alacaqlar və bir qədər güclü klublarla üz-üzə gəlmək məcburiyyətində qalacaqlar.
 
Yeganə istisna olaraq vurğulamaq yerinə düşər ki, Avroliqadakı təmsilçilərimizin mümkün rəqibləri arasında yer alan Ermənistan klublarıyla qarşılaşmağımız mümkün deyil. Çünki UEFA püşkatma zamanı bu kimi məqamları nəzərə alacaq.
 
Sonda onu da bildirək ki, Avroliqanın ilkin təsnifat mərhələsinin püşkatması iyunun 25-də keçiriləcək.
 
Səpələnmişlər
Səpələnməmişlər
Twente (Hollandiya)
MTK (Macarıstan)
Lech (Polşa)
Metallurg (Skopye, Makedoniya)
Rosenborg (Norveç)
Şiauliai (Litva)
Elfsborg (İsveç)
Zimbru (Moldova)
Kalmar (İsveç)
JJK (Finlandiya)
Aktobe (Qazaxıstan)
Flamurtari (Albaniya)
St. Patricks (İrlandiya)
Cliftonville (Şimali İrlandiya)
Stabek (Norveç)
Torpedo (Kutaisi, Gürcüstan)
Gomel (Belarus)
UE Santa Coloma (Andorra)
Metallurg (Rustavi, Gürcüstan)
Llanelli (Uels)
Sarajevo (Bosniya və Herseqovina)
Crusaders (Şimali İrlandiya)
Bohemians (İrlandiya)
Jeunesse (Lüksemburq)
Senica (Slovakiya)
Mura (Sloveniya)
Osijek (Xorvatiya)
Celje (Sloveniya)
Hafnarfyordur (İslandiya)
Daugava (Latviya)
Levadia (Estoniya)
Zeta (Monteneqro)
Pünik (Ermənistan)
İBV (İslandiya)
Dacia (Moldova)
Narva (Estoniya)
Bakı (Azərbaycan)
Hibernians (Malta)
Borac (Bosniya və Herseqovina)
Floriana (Malta)
Metallurg (Liepaya, Latviya)
Tor Akureyri (İslandiya)
Bangor City (Uels)
Ordabasi (Qazaxıstan)
Differdange (Lüksemburq)
Jetisu (Qazaxıstan)
Honved (Macarıstan)
Nomme (Estoniya)
Suduva (Litva)
NSİ Runavik (Farer adaları)
Jagodina (Serbiya)
Portadown (Şimali İrlandiya)
MYPA (Finlandiya)
Grevenmacher (Lüksemburq)
Tirana (Albaniya)
Gandzasar (Ermənistan)
Olimpija (Sloveniya)
Çelik (Monteneqro)
Renova (Makedoniya)
Eschen/Mauren (Lixtenşteyn)
İnter (Azərbaycan)
Teuta (Albaniya)
Rudar (Monteneqro)
Vikingur (Farer adaları)
KuPS (Finlandiya)
FC Santa Coloma (Andorra)
Shkendija (Makedoniya)
Cefn Druids (Uels)
Birkirkara (Malta)
Shirak (Ermənistan)
Streymur (Farer adaları)
La Fiorita (San Marino)
Xəzər Lənkəran (Azərbaycan)
- (San Marino)

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.