28 may 2012 12:31
Vaqif Sadıqov: Gürcüstan çempionatının formatının bizdə də tətbiq olunmasını istərdim
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində Premyer Liqanın formatı ilə bağlı düşüncələrini dilə gətirib, eləcə də digər suallarımızı cavablandırıb.
- Son dövrlər Premyer Liqanın formatı çox müzakirə olunur. Siz nə təklif edərdiniz?
- Bu məsələyə çox ciddi yanaşmaq lazımdı və elə qərar qəbul etmək lazımdı ki, çoxlu əsaslar gətirə biləsən. Mənə daha çox Gürcüstan çempionatının keçirilmə formatı xoşdu. Orda da 12 klubdan ibarət çempionatdı. Amma final mərhələsinə 8 komanda vəsiqə qazanır. Özü də bütün xallar yenidən hesablanır. Sona qalan dörd kluba isə birinci diviziondan dörd klub qoşulur. Bu səkkiz klub elitada qalmaq üçün 4 vəsiqə uğrunda mübarizə aparırlar. Belə olan halda oyun sayı da artır. Bu formatı Azərbaycanda da tətbiq etmək olar.

- Biz birinci divizionda dörd klubu necə tapaq?
- Əgər biz məsələyə bu yöndən yanaşsaq, onda Azərbaycanda futbol olmayacaq. Bizə artıq ikinci divizionu yaratmaq lazımdı, amma birinci divizion klublarımızın səviyyəsi bu gündədi. Absurd vəziyyət yaranıb. Birinci divizion klubları nə üçün oynayırlar? Əgər idman prinsipləri yoxdursa, niyə oynayırlar?
- Bu, Azərbaycan futbolunun reallığıdı. Bəs ikinci altılığın liderinin elitanın 3-cü və ya 4-cüsü ilə Avropa Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirməsini necə qiymətləndirirsiz?
- Məncə bu, idman prinsiplərindən bir qədər uzaqdı. Lakin faydalı tərəfləri də ola bilər. Lakin birmənalı olaraq yalnız onu gerçəkləşdirdikdən sonra fikir söyləmək olar.

- Bunun mənfi cəhəti də var. Düşünmürsüz ki, hansısa klub özünü çox əziyyətə və xərcə salmamaq üçün elə ikinci divizionda qalıb lider olacaq və bütün gücünü pley-off oyunlarına qoyub Avroliqaya gedəcək?
- Düşünmürəm. Bu, artıq futbol deyil. Axı həmin klub pley-off oyunlarında qalib gəlməyə də bilər.

- Növbəti mövsümdən meydanda mütləq 21 yaşadək olan bir yerli futbolçu olmalıdı...
- Düşünmürəm ki, bu, o qədər də müsbət fayda versin. Rusiyada da bu variantdan istifadə olunur. Lakin şimal qonşumuzda o, möhkəmlənə bilmədi və ləğv etmək istəyirlər. Bizə gəlincə, indidən nəsə demək istəmirəm. Hər şeyi zaman göstərəcək.
- “Neftçi”nin oyunçularından bəziləri komandadan uzaqlaşdırılıb. Onlardan hansılarısa AZAL-da görə bilərik?
- Onlar hamısı yaxşı futbolçulardı. Hər biri Premyer Liqanın istənilən klubunu gücləndirə bilər. Lakin biz onlarla maraqlanmırıq.

- Növbəti mövsümdə yenidən döyüşkən AZAL-ı görə biləcəyik?
- Həqiqətən son mövsüm istisna olmaqla AZAL həmişə Azərbaycan çempionatlarında uğurla çıxış edib. Çalışacağıq. Qarşıdakı mövsümdə biz özümüzü mütləq yaxşı tərəfdən göstərməliyik.