28 may 2012 00:43
Millimiz sabah açıq məşqə, Berti Foqts jurnalistlər önünə çıxacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası mayın 30-da, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00-da), Almaniyada Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, mayın 29-da, yerli vaxtla saat 11:00-da “Sportpark Kelsterbach” stadionunda millimiz mətbuat üçün açıq məşqə çıxacaq.
Həmin gün yerli vaxtla saat 16:00-da “Steingenberger Airport” otelində millinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək.
