28 may 2012 12:50
AZAL və Qarabağın oyunçuları İran üzərində qələbə qazandı
Futbol üzrə Albaniya yığması növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, albanlar İran yığmasını sınağa çəkiblər.
Avropa təmsilçisi cənub qonşumuzla oyunda qələbə qazanıb – 1:0. Matçın yeganə qoluna 60-cı dəqiqədə Emilyano Vila imza atıb.
Albaniya yığmasının baş məşqçisi bu oyunda Premyer Liqamızda çıxış edən futbolçulara da şans verib. Belə ki, AZAL-ın futbolçusu Ervin Bulku meydana start heyətində çıxıb və matçın son saniyələrində Emilyano Veliaj tərəfindən əvəzlənib. “Qarabağ”ın oyunçusu Ansi Aqolli isə 68-ci dəqiqədə Edqar Çaninin əvəzinə meydana çıxıb. “Qarabağ”ın digər üzvü Admir Teli matçın iştirakçısı olmayıb.
