29 may 2012 13:03
UNICEF U-17 qızlar Liqasının qalibi məlum oldu (FOTOREPORTAJ)
UNICEF U-17 qızlar Liqasının 2011-2012-ci il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, kiqanın son iki oyunu AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilib.
3-cü yer uğrunda qarşılaşmada “Fidan” 3:1 hesabı ilə “Gəncə” komandasını məğlub edib. Finalda isə “Zaqatala” komandası üzərində 5:0 hesabı ilə qələbə qazanan BTİ UNICEF U-17 qızlar Liqasının 2011-2012-ci il mövsümünün qalibi olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlanıdrma mərasimi keçirilib.
