29 may 2012 13:22
AFFA hakimi döyən məşqçiyə 20 oyunluq cəza kəsdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda əsas müzakirə mövzusu 26 may 2012-ci il tarixdə U-15 Liqasının “Bakı” – “Qəbələ” matçında baş verən olaylar olub.
Aparılan müzakirələrdən sonra bir sıra sərt qərarlar çıxarılıb. Belə ki, sözügedən matçın 58-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Halim Fıçıcı texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Oyun bitdikdən sonra “Qəbələ”nin məşqçisi Hüseynqulu Quliyev matçın baş hakiminə fiziki təsir göstərdiyi üçün 20 oyun cəzalanıb.
Oyun bitdikdən sonra “Qəbələ”nin futbolçusu Coşqun Süleymanov hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb.
