29 may 2012 13:44
U-15 Liqasının qalibi məlum oldu (FOTOREPORTAJ)
Şağan Olimpiya İdman Kompleksində keçirilən iki oyunla AFFA-nın U-15 qızlar Liqasının 2011-2012-ci il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, III yer uğrunda qarşılaşmada «İmişli» komandası 2:1 hesabı ilə Lənkəranın Uşaq Gənclər İdman Məktəbinin komandasını məğlub edib. Finalda isə UGFM Təhsil 5:2 hesabı ilə «Zaqatala» komandası üzərində qələbə qazanaraq AFFA-nın U-15 qızlar Liqasının 2011-2012-ci il mövsümünün qalibi olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlanıdrma mərasimi keçirilib.
