29 may 2012 13:50

Georgi Nikolov İnterin Avropa Liqasındakı əsas hədəfini açıqladı

“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasına, eləcə də növbəti mövsümə hazırlığından, transfer planlarından danışıb.
 
- Sizcə, bir aylıq təlim-məşq toplanışı Avropa Liqasına tam hazır olmağa yetəcək?
- Tamamilə. Biz Türkiyədən sonra Sloveniyada da təlim-məşq toplanışında olacağıq. Ondan sonrakı planlarımız isə püşkatmada bizə kimin rəqib olacağından asılıdı. Çünki hələ ilk oyunumuzu Bakıda, yaxud səfərdə keçirəcəyimizi bilmirik.
 
- “İnter” Avroliqaya qədər daha neçə transfer həyata keçirməyi planlaşdırır?
- Biz artıq Georgi Adamiya, Slavço Georgiyevski və Tales Şützü heyətimizə qatmışıq. Hazırda isə qapıçı, müdafiə və hücum xəttini gücləndirməyə çalışırıq. Bizə xüsusilə cinah müdafiəçisi və yaxşı forvard lazımdı.
 
- Adamiya və Georgiyevski nə dərəcədə uğurlu transferdi?
- Onlar təcrübəlidilər, Azərbaycan çempionatını yaxşı tanıyırlar. Lakin “İnter” bundan sonra transfer siyasətini fərqli aparacaq. İndiyə qədər sadəcə müqaviləsi bitən futbolçuları alırdıq. İndi isə sırf bizə lazım olan mövqelərə oyunçu axtarırıq.
 
- Yəqin ki, “İnter”in potensial rəqiblərinin siyahısından xəbərdarsız. İlkin təsnifat mərhələsində kimi özünüzə rəqib görürsüz?
- Əlbəttə, birinci mərhələdə normal rəqiblə düşməyimizi istərdim. Məsələn, Andorra və ya Lüksemburqdan olan komandalarla. Moldova “Zimbru”su və ya Makedoniya “Metallurg”u ilə qarşılaşmağımızı arzulamazdım. Lakin istənilən halda orda zəif rəqib yoxdu.
 
- Qorxmursuz ki, zəif rəqiblə düşmək futbolçularda arxayınlıq yarada bilər?
- Bunun üçün məşqçilərlə və futbolçularla daim işləmək lazımdı. Eyforiyaya qapılmaq olmaz.
 
- Klubun rəhbəri Cahangir Hacıyev komandanın qarşısına hansı hədəfləri qoyub?
- Biz onunla çox tez-tez söhbətləşirik. O, çempionat vaxtı da komandanın nəticələrini diqqət mərkəzində saxlayırdı. İndi isə daha çox Avroliqaya hazırlığı və məqsədlərimizi müzakirə edirik. Artıq hədəfimizi müəyyənləşdirmişik – Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq. Ola bilsin ki, bu, səs-küylü görünsün. Amma bu, bizim istəyimizdi.
 
- Sizcə, “Qarabağ”ın son illərdəki uğurlarını hansı klubumuz təkrarlaya bilər?
- Mən çox istərdim ki, bu klub məhz “İnter” olsun. Lakin eyni zamanda “Bakı”, “Xəzər Lənkəran” və “Neftçi”yə də uğurlar arzulayıram. Ölkə çempionunun işi ümumiyyətlə çətindi. Çünki onlar Çempionlar Liqasında çıxış etməlidilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.