29 may 2012 14:08
Türkiyə mətbuatı: Ruslan Abışov Antalyaspora keçməyə yaxındı (FOTO)
Türkiyə mətbuatı futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Ruslan Abışovun qardaş ölkə Super Liqasında çıxış edən “Antalyaspor”a keçməyə yaxın olduğunu bəyan edib. Azerisport.az xəbər verir ki, türkiyəli həmkarlarımız hətta “Antalyaspor” təmsilçilərinin Ruslanın oyununu izləmək üçün Azərbaycana səfər etdiyini və ilkin danışıqlar apardıqlarını da yazıb.
Məlumatda Abışovun gələn ay Antalyaya gedərək müqaviləyə imza atacağı bildirilib. Özü də bu keçid Türkiyə klubuna havayı başa gələcək. Çünki Abışovun “Neftçi”ylə müqaviləsinin müddəti başa çatıb və o, hazırda azad agent statusu daşıyır.
