29 may 2012 14:21
Əsas yığmamızdan U-21-ə daha bir transfer
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, millinin heyətində hazırlıq prosesində iştirak edən Əli Gökdəmir mayın 31-dən etibarən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə yollanacaq.
Xatırladaq ki, millimiz mayın 30-da Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. 21 yaşadək futbolçulardan ibarət yığmamız isə Avropa çempionatının seçmə mərhələsində iyunun 1-də Norveç, iyunun 5-də isə İslandiya komandası ilə qarşılaşacaq.
