29 may 2012 14:54
Yığmamızın üzvlərini Andorra ilə oyunda ailə üzvləri dəstəkləyəcək
Məlum olduğu kimi, sabah Almaniyanın Frankfurt şəhərində futbol üzrə Azərbaycan yığması Andorra ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşmada millimizin bəzi üzvlərini ailələri də stadiondan dəstəkləyəcəklər.
Belə ki, Əli Gökdəmir, Ufuk Budaq və Cihan Özkaranın ailə üzvləri də Frankfurta təşrif buyuracaqlar. Artıq futbolçularımızın yaxınları üçün bu məqsədlə 50 bilet də ayrılıb.
