29 may 2012 15:02
Kamran Ağayev: Andorra üzərində qələbə qazanmaq bizim üçün vacibdi
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev sabah baş tutacaq Andorra ilə yoldaşlıq oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”lı qolkiper bunları dilə gətirib:
“Bizi heç də asan oyun gözləmir. Andorra sıradan rəqib deyil. Onlara qarşı artıq bir dəfə oynamışam. Lakin hər şeyə rəğmən, biz onları məğlub edəcək gücdəyik. Bu, xüsusilə də Yaponiya ilə səfər matçındakı məğlubiyyətdən sonra bizim üçün çox vacibdi”.