29 may 2012 16:09
Vüqar Nadirov: Əminəm ki, Andorraya qalib gələcəyik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov sabah baş tutacaq Andorra ilə yoldaşlıq oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “Qarabağ”lı oyunçu bunları dilə gətirib:
“Hazırda Andorra yığmasının hansı səviyyədə olduğunu bilmirəm. Amma fikrimcə onlar bizə qarşı ciddi mübarizə aparacaqlar. Bizə isə qələbə qazanmaq lazımdı. Yaponiya ilə oyundakı məğlubiyyəti unutdurmaq üçün bu, yaxşı şansdı. Əminəm ki, qələbə qazanacağıq”.
