29 may 2012 16:32
AFFA jurnalistlər üçün avtomobil ayrılacaq
Xəbər verdiyimiz kimi, mayın 30-dan iyunun 4-ə qədər Bakı şəhərində II Caspian Cup beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan yığmasının keçirəcəyi ilk oyunu (30 may, saat 17:00, Azərbaycan – Qırğızıstan, “Dalğa Arena”) işıqlandırmaq istəyən KİV nümayəndələri üçün AFFA tərəfindən avtomobil ayrılacaq.
Saat 15:00-da AFFA-nın qarşısından yola düşəcək avtomobillə oyuna getmək istəyən KİV nümayəndələri bu gün saat 18:00-a qədər AFFA-da müvafiq qeydiyyatdan keçməlidirlər.
