29 may 2012 17:23
Şükürovla Abışov mətbuata açıqlama verməkdən imtina etdi
Futbol üzrə Azərbaycan yığmasının iki oyunçusu – Mahir Şükürovla Ruslan Abışov bu gün Almaniyanın Frankfurt şəhərində təşkil olunan açıq məşq zamanı jurnalistlərə açıqlama verməkdən imtina ediblər. Azerisport.az xəbər verir ki, onların bu addımının konkret səbəbi bilinmir.
Lakin böyük ehtimalla onlar gələcək karyeralarına dair suallardan qaçmaq üçün mətbuatdan qaçmağa üstünlük verirlər. Məsələ burasındadı ki, “Qəbələ” ilə yollarını ayıran Şükürovun harda çıxış edəcəyi hələ də bilinmir. Abışovun da “Neftçi” ilə müqaviləsinin müddəti bitdiyindən onun karyerasını başqa klublarda davam etdirməsi ehtimalı var. Belə ki, Ruslanın hazırda Almaniya, Polşa və Türkiyə klublarına transferi gündəmdədi.
