29 may 2012 17:55
Zəlzələ yığmamızın rəqibini İtaliya ilə görüşdən məhrum etdi
Bu gün futbol üzrə İtaliya və Lüksemburq yığmaları arasında yoldaşlıq oyunu keçirilməli idi. Lakin azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma təxirə salınıb.
Buna səbəb İtaliyada baş verən güclü zəlzələ olub. Belə ki, sözügedən zəlzələ nəticəsində sözügedən ölkədə 10-dan çox insanın vəfat etdiyi, xeyli dağıntı və tələfat baş verdiyi bildirilir. Nəticədə qarşılıqlı razılıq əsasında bu görüşün də keçirilməməsinə qərar verilib.
Qeyd edək ki, Lüksemburq DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alır.
