29 may 2012 18:16
Xəzər Lənkəranın Avroliqaya hazırlıq planları dəyişdi
Avropa Liqasında çıxış edəcək “Xəzər Lənkəran”ın bu gün bir araya gələcəyi gözlənilsə də, bu baş verməyib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun futbolçuları iyunun 2-də, saat 11:00-da Bakıda bir araya gələcək.
Ayın 5-dək komanda paytaxtdakı “Happy İnn” otelində məskunlaşacaq. Həmin 3 gün ərzində futbolçuların günün ilk yarısında tibbi müayinədən, ikinci yarısında isə məşq keçmələri nəzərdə tutulub. Məşqlər Respublika Dövlət Yol Polisinin stadionunda, hər axşam saat 18:00-da keçiriləcək.
İyunun 5-də isə komanda Avstriyaya təlim məşq toplanışına yollanacaq. Bu ölkədə “Xəzər Lənkəran” iyun ayının sonunadək qalıb, təxminən 4-5 yoldaşlıq oyunları keçirəcək.
