29 may 2012 18:37

Cihan Özkara: Hər şey ola bilər

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara sabah baş tutacaq Andorra ilə yoldaşlıq oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Andorra ilə oyunda qələbə qazanıb yaxşı əhval-ruhiyyədə geri qayıtmaq istəyirik. Çünki bizi qarşıda seçmə mərhələnin çətin oyunları gözləyir. Bu ərəfədə psixoloji vəziyyəti yaxşılaşdırmaq heç də pis olmazdı. Bu üzdən də oyuna ciddi yanaşırıq. Rəqib tam keçiləsidi. Belə bir fürsəti əldən verməməliyik”.

Cihan yığmamızın Yaponiyaya məğlubiyyətinə də (0:2) toxunub: “Fikrimcə, Yaponiyaya qarşı yaxşı matç keçirdik. Uduzsaq da, yaxşı oyun sərgilədik. Rəqib çox güclü idi. Bütövlükdə isə, düz yolda olduğumuzu düşünürəm. Hətta komanda yoldaşlarımı təbrik etmək istərdim. Belə güclü rəqiblə görüşdə 4-5 qol epizodumuz oldu. Əgər onlardan istifadə edə bilsəydik, hər şey tam fərqli də ola bilərdi”.

Türkiyənin “Sivasspor” klubunun forvardı gələcək karyerası ilə də bağlı danışıb: “Mənim “Sivasspor”la müqaviləmin müddətinin başa çatmasına hələ iki il qalır. Hazırda yığmanın düşərgəsindəyəm və karyeramı harda davam etdirəcəyimə dair düşünməyə vaxtım yoxdu. Bununla Andorra ilə oyundan sonra məşğul olacağam. Hər şey ola bilər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.