29 may 2012 19:05
Bakı İnteri qapıçısı ilə yollarını ayırdı
Futbol üzrə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “İnter” ölkəmizi təmsil edəcəyi Avropa Liqasına hazırlıq çərçivəsində heyətini gücləndirməklə yanaşı, heyətindəki bəzi futbolçularla da yollarını ayırmağa davam edir. Azerisport.az xəbər verir ki, “bankirlər” daha bir futbolçu ilə yollarını ayırmağa qərar verib.
Belə ki, “İnter” qapıçısı Anar Məhərrəmovla müqaviləni yeniləməyib. Başa çatmış mövsümdə əsasən əvəzedici heyətin qapısını qoruyan Məhərrəmovla müqavilə müddətinin uzadılmaması barədə qərar qəbul edilib. Beləliklə də o, azad agent kimi istədiyi kluba keçə biləcək.
Qeyd edək ki, “İnter” Məhərrəmovdan öncə Girt Karlson, Enyo Krastovçev, Danildo Assioli, Bronislav Çervenka, Xəyal Mustafayev, Peter Xrappan, Ruslan Poladov və Dmitri Kramarenko ilə də yollarını ayırmışdı. Əvəzində isə Georgi Adamiya, Ramil Həşimzadə, Slavço Georgiyevski və Tales Şützü heyətinə qatıb.
