29 may 2012 19:36
Nizami Hacıyevdən İnterə şad xəbər
Məlum olduğu kimi, “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev bu yaxınlarda əməliyyat olunmuşdu. Azerisport.az xəbər verir ki, artıq futbolçu hazırda özünü yaxşı hiss edir və iyunun 1-də komandayla birlikdə təlim-məşq toplanışına yollanacaq.
Nizami Hacıyev Türkiyədə bərpa məşq prosesini keçəcək. Xatırladaq ki, zədə futbolçuya mövsüm ərzində əziyyət verirdi və buna görə də Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməmişdi.
