29 may 2012 19:51
Aleksandr Starkov Bakının futbolçusundan imtina etdi
Futbol üzrə Latviya yığmasının Baltika kuboku üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, latviyalıların baş məşqçisi, “Bakı”nın sabiq çalışdırıcısı Aleksandr Starkov keçmiş komandasında top qovan Denis İvanova dəvət göndərməyib.
Maraqlıdı ki, İvanov yığmanın əsas müdafiəçilərindən hesab olunsa da, Starkov “Bakı”nın futbolçusunu milliyə çağırmayıb. Əvəzində o, “Qəbələ”dən uzaqlaşdırılan qapıçı Pavel Doroşevi heyətə cəlb edib. Elə son mövsümü “Simurq”da keçirən İqor Tarasov da siyahıda yer alıb.
