29 may 2012 20:52
Sumqayıtdan bir gündə 3-cü transfer açıqlaması (FOTO)
Aftandil Hacıyev və Emin Cəfərquliyevin ardından “Sumqayıt” Futbol Klubu daha bir futbolçunu heyətinə qatıb. Azerisport.az öncədən də xəbər verdiyi kimi, Sumqayıt Futbol Məktəbinin yetirməsi olan və 2011/12 mövsümünü “Kəpəz”də keçirmiş Sabir Allahquliyevlə 1+1 sistemi üzrə müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı Sabir Allahquliyev ötən mövsüm Gəncə təmsilçisinin heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 3 top keçirib.
