29 may 2012 21:20
Berti Foqts: O futbolçuları yığmaya çağırmayacağam
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün Andorra ilə oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
- Bizim bu toplanışımız Yaponiyaya çətin səfərlə başladı. Lakin buna baxmayaraq, biz orda oyuna qədər iki məşqə də çıxa bildik. Birinci hissədə zəif təsir bağışlasaq da, fasilədən sonra qol epizodları yaratdıq. Bütövlükdə, oyunumuzda razı qaldım. Ağır mövsümdən sonra belə çətin səfər asan olmasa da, belə rəqiblə qarşılaşmada topladığımız təcrübəni qənaətbəxş hesab edirəm. Fikrimcə, Yaponiya futbolu Azərbaycan üçün yaxşı nümunədi. Son illər onların futbolu çox inkişaf edib. Futbolçuları Avropanın müxtəlif çempionatlarında çıxış edirlər. Fikrimcə, Yaponiya ilə oyun rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatmalıydı. Belə rəqibə qarşı bir neçə qol epizodları yaratdıq. Bu, məni sevindirir. İndi isə səbrsizliklə testlərin nəticəsini gözləyirəm. Onun nəticələrinə əsasən hər bir futbolçu ilə fərdi qaydada hazırlıaşmalı olacağıq. Onlarla xüsusi söhbətim də olacaq.

- Yaponiya ilə oyundan sonra komandanı Andorra ilə görüşə kökləmək çətin olmayacaq ki?
- Azərbaycan yığmasının üzvləri üçün motivasiya problem olmamalıdı. Fələstinlə oyundan sonra bəzi yetirmələrimdə motivasiya çatışmazlığı ilə üzləşmişdim. Mən bu günkü məşqi də qapalı keçirmək istəyirdim. Amma jurnalistlərə görə bu, mümkün olmadı.

- Andorra ilə oyunda nəticə nə dərəcədə vacibdi?
- Kimlə oynamağımızdan asılı olmayaraq, qələbə qazanmağımızı istəyirəm. Meydana çıxan hər bir futbolçunun bir məqsədi olmalıdı – qələbə qazanmaq.

- Futbolçuların fiziki hazırlığı sizi qane edir?
- Futbolçular boş oturmamalıdılar. Futbolçu məşq etmirsə, bunda ilk növbədə özü günahkardı. Futbolçu bu oyuna görə pul qazanır. Bu üzdən də onların peşəkar olması lazımdı.

- DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizi izləyirsiz?
- Olaf Yansen İrailin Çexiya ilə yoldaşlıq matçını izləyib. Almaniya – İsrail matçına özüm gedəcəm. Həmçinin Lüksemburq – Malta görüşünü də izləməyə hazırlaşırıq. Portuqaliya haqda bütün informasiyaları mənə almanlar verirlər. Rusiyaya gəlincə, bu komandanı AÇ-2012-dən sonra başqa məşqçi çalışdıracaq. Şimali İrlandiyanın oyununu Norveçlə görüşdə görmüşəm. Öz yığmamıza gəlincə, sentyabr ayında 24 futbolçu ixtiyarımda olacaq ki, onların arasından bizə kimlərin kömək edə biləcəyini müəyyənləşdirəcəyəm. Kimlərsə mənim qərarlarımdan narazı qala bilər. Əli Gökdəmir sentyabrdan Azərbaycan millisinin futbolçusu olacaq. Onun Yaponiyaya qarşı çıxışı mənim xoşuma gəldi. Öz klublarında yaxşı təsir bağışlayan futbolçular da millidəki yerini tapacaq.

- Seçmə mərhələnin startına 3 ay qalır. Komanda İsraillə ilk oyuna hazırdı?
- İsraillə oyuna hələ hazır deyilik. Ümid edirəm ki, mənə lazımı hazırlıq üçün vaxt verəcəklər. İsrailin bütün futbolçuları əcnəbi çempionatlarda çıxış edirlər. Bütün bunları nəzərə almaq lazımdı.

- Mahir Şükürov, Ruslan Abışov və Vladimir Levin hələ də karyeralarını harda davam etdirəcəyini tam dəqiqləşdirməyib. Bu, sizi narahat etmir ki?
- Mən oyunçularımla söhbət etmişəm və bildirmişəm ki, özlərinə tezliklə klub tapsınlar. Eyni zamanda açıq şəkildə bildirmişəm ki, əcnəbi klublara getsinlər. Gələn ildən klubu olmayan futbolçulara dəvət göndərməyəcəm. Futbolçular yalnız pulu düşünməməlidilər.

- Nazim Süleymanovla iş birliyi necə gedir?
- Süleymanov indiyə qədər mənlə çalışan məşqçilər arasında ən yaxşısıdı. Oyunu hiss edə bilir. İşindən həzz alır. Oyunçularla necə işləmək lazım olduğunu bilir. Onun yeganə mənfi cəhəti çəkisi ilə bağlıdı. Çox kökdü (gülür). Belə insanlar Azərbaycan futboluna çox lazımdı.

- Avrokuboklardakı klublarımızın oyunlarını izləyəcəksiz?
- Hər şey vaxtdan asılıdı. Onların çıxışını canlı izləmək istərdim. Hamısına uğur arzulayıram. Ümid edirəm ki, ən azı bir klub Azərbaycanı layiqli şəkildə təmsil edə biləcək. Yeri gəlmişkən, Azərbaycanı Avroviziyanı əla şəkildə keçirməsi münasibətilə təbrik edirəm. Belə şeylər ölkəni populyarlaşdırır.