29 may 2012 11:23
Cem Fələk Azərbaycan yığmasında!
Xəbər verdiyimiz kimi, mayın 30-dan iyunun 4-ə qədər Bakı şəhərində II “Caspian Cup” beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq bu turnirdə iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti də açıqlanıb.
Baş məşqçi Təbriz Həsənov 20 futbolçuya dəvət göndərib. Dəvətlilər arasında yeddisi Türkiyə, Almaniya və Rusiya klublarında top qovan futbolçulardı.
Millimizin heyətinə cəlb olunan futbolçuların tam heyətini diqqətinizə çatdırırıq:
Millimizin heyətinə cəlb olunan futbolçuların tam heyətini diqqətinizə çatdırırıq:
Həsənli Əli – «Qəbələ»
Qasımov Ağaseyid – «İnter»
Karabağlı Batıkan – «Kartalspor» (İstanbul, Türkiyə)
Qurbanov Qaziməhəmməd – «Anji» (Rusiya)
Nəsirov Budaq – «Turan»
Nəhavəndi Mansur – «İnter»
Məmmədov Təyyar – «Bakı»
Qaraxanov Pərviz – «Neftçi»
Səfərzadə İlyas – «Xəzər Lənkəran»
Abbasov Nicat – «Qarabağ»
İbazadə Ülvi – «İnter»
Cəfərov Elnur – «Xəzər Lənkəran»
Mədətov Mahir – «Bakı»
Muradbəyli Fəhmin – «Neftçi»
Aslanlı İbrahim – «Qəbələ»
Felek Cem – «Ayntraxt» (Frankfurt, Almaniya)
Zarasiz Müslüm – «Ayntraxt» (Frankfurt, Almaniya)
Sercan Demir – FSV «Frankfurt» (Almaniya)
Hanilce Emre – «Kayzerslautern» (Almaniya)
Həşimli Mirkamil – «Fənərbaxça» (Türkiyə)
