29 may 2012 11:41

Millimizin yarımmüdafiəçisi: Bu, mənim arzumdu

“Sumqayıt”ın yarımmüdafiəçisi Uğur Pamuk Almaniya mətbuatına müsahibəsində Azərbacan Premyer Liqasındakı çıxışından danışıb, eləcə də millimizə dəvətlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

“Mən öncədən Azərbaycan çempionatının səviyyəsini bir o qədər də yüksək qiymətləndirmirdim. Lakin orda çıxış etdikdən sonra fərqli mənzərənin şahidi oldum. Azərbaycan Premyer Liqasını Almaniyanın ikinci Bundesliqasının aşağı hissəsi ilə müqayisə edərdim. Çünki burda daha aqressiv mübarizə gedir, nəinki Almaniyada”.

Pamukun sözlərinə görə, onun ölkəmizdə uyğunlaşmasına elə də çox vaxt getməyib: “Adaptasiya elə də çox vaxtımı almadı. Burda hər şey çox peşəkar və intizamlı səviyyədə qurulub. Həm də “Sumqayıt”ın baş məşqçisi Bernard Raabdı. O, komandanın yarandığı gündən baş məşqçi postunda çalışır”.
 
Uğur komandasının Premyer Liqadakı debüt mövsümündə uğursuz çıxışından da danışıb: “Mövsümü sonuncu pillədə başa vurduq. Amma eşitmişəm ki, Azərbaycanda klubların sayını artırmaq istəyirlər. Ona görə də mümkündü ki, mənim klubum elitadakı yerini qorusun”.
 
Perspektivli yarımmüdafiəçi Azərbaycan yığmasına dəvətdən də danışıb: “Yığmanın hazırkı heyəti bir qədər fərqlidi. Hazırda kollektivə xeyli yeni futbolçu cəlb olunub ki, onlardan da biri mənəm. Gözləyirəm ki, Andorra ilə oyunda mənə də özümü göstərməyə imkan veriləcək. Azərbaycan yığmasıyla DÇ-2014-ün seçmə mərhələsində çıxış etməyi çox istərdim. Bu, mənim arzumdu”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.