29 may 2012 00:08

Xəzər Lənkəran, İnter və Bakını gözləyən nəhənglər

Xəbər verdiyimiz kimi, iyunun 25-də Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə ölkə kubokunun qalibi “Bakı”, Premyer Liqanın gümüş mükafatçısı “Xəzər Lənkəran”, eləcə də bürünc medalların sahibi “İnter” təmsil edəcək.
 
Təmsilçilərimizin ilkin təsnifat mərhələsindəki potensial rəqiblərinin də demək olar ki, hamısı bəllidi. Bu mənada yalnız San Marinonun bir təmsilçisinin kim olacağı qaranlıq qalır ki, onun da kimliyinə də yaxın günlərdə aydınlıq gələcək. Klublarımızın birinci təsnifat mərhələsindəki mümkün rəqiblərinin siyahısı ilə də tanış etmişdik.

Bu dəfə isə sizi ikinci təsnifat mərhələsində klublarımızı gözləyən potensial rəqiblərin siyahısı ilə tanış etmək istəyirik. Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsində 74 komanda mübarizə aparacaq. 74 cüt arasından çıxacaq 37 qalib ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq. Hansı ki, növbəti mərhələdə onlara daha 43 komanda qoşulacaq və bu kollektivlər birgə üçüncü təsnifat mərhələsinə 40 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
 
Həmin 43 klub artıq məlumdu və onlara qoşulacaq 37 iştirakçını (yəni birinci təsnifat mərhələsinin qaliblərini), bir qədər də dəqiqləşdirsək, öz rəqiblərini gözləyirlər. Onlar da öz reytinqlərinə görə indidən səpələnmişlər və səpələnməmişlərə bölünüblər.
 
Məlum olduğu kimi, Azərbaycan klubları ilkin təsnifat mərhələsində hamısı səpələnmişlər sırasında qərarlaşıb. Bu mənada xüsusilə “Xəzər Lənkəran”ın hansı səbətdə qərarlaşacağı sual altında idi. Lakin Avroliqaya vəsiqə qazanan digər klubların reytinq xallarının yerləşməsinə əsasən “Bakı” və “İnter”lə yanaşı “ağ-yaşıllar” da səpələnmişlər sırasında qərarlaşdı. Bu isə o deməkdi ki, “İnter” və “Bakı”yla bərabər, “Xəzər Lənkəran” da birinci təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alan nisbətən zəif komandalarla üz-üzə gələcək.
 
Lakin ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaqları halda, bütün təmsilçilərimiz səpələnməmişlər arasında yer alacaqlar. Belədə təmsilçilərimiz bir qədər güclü klublarla üz-üzə gəlmək məcburiyyətində qalacaqlar. Onların siyahısını diqqətinizə çatdırırıq:
 
Hər üç klubumuzla düşməsi mümkün olan potensial rəqiblər: APOEL (Kipr), PAOK (Yunanıstan), Sparta (Çexiya), Anorthosis (Kipr), Young Boys (İsveçrə), Viktoria (Çexiya), Bursaspor (Türkiyə), Gent (Belçika), Legia (Polşa), Levski (Bolqarıstan), Crvena Zvezda (Serbiya), Metallurg (Donetsk, Ukrayna), CSKA (Sofiya, Bolqarıstan), Anji (Rusiya), Vitesse (Hollandiya), Rapid (Rumıniya), Slovan (Slovakiya), Hajduk (Xorvatiya), Bnei Yehuda (İsrail), Ried (Avstriya), AIK (İsveç), Aarhus (Danimarka), Aalesund (Norveç), Maccabi (Netanya, İsrail), Servette (İsveçrə), Admira Wacker (Avstriya), Ruch (Polşa), Spartak (Trnava, Slovakiya), Tromse (Norveç), Slaven (Xorvatiya), Vojvodina (Serbiya), St. Johnstone (Şotlandiya), Naftan (Belarus), Şaxtyor (Saliqorsk, Belarus), Inter Turku (Finlandiya), Videoton (Macarıstan).
 
Göründüyü kimi, potensial rəqiblərimiz arasında çox ciddi və kifayət qədər diqqət çəkən adlar var. Burda ÇL-in son mövsümünün ən sürpriz komandasına çevrilən Kipr APOEL-indən tutmuş Türkiyə “Bursaspor”una kimi bir çox klubların adlarını fərqləndirmək olar. Hər halda həm “İnter”, həm “Bakı”, həm də “Xəzər Lənkəran” üçün bu klublardan istənilən birinə qarşı mübarizə aparmaq həddən artıq çətin olacaq.
 
Mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq daha 7 klubun adı məlumdu. Lakin həmin klublar ikinci təsnifat mərhələsinin püşkatması zamanı məhz Azərbaycan təmsilçiləri ilə birgə səpələnməmişlər səbətində yer alacaqlar və rəqibimiz olmaq şansları demək olar ki, yoxdu. Həmin klublar aşağıdakılardı: Şiroki Brijeg (Bosniya və Herseqovina), Skonto (Latviya), Lokomotiv (Plovdiv, Bolqarıstan), Sligo Rovers (İrlandiya), Dila Gori (Gürcüstan), Milsami (Moldova), Jalgiris (Litva).
 
Yuxarıda qeyd etdiyimiz kimi, Avroliqanın birinci və ikinci təsnifat mərhələsinin püşkləri eyni gündə - iyunun 25-də atılacaq. Birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 5-də, cavab görüşləri 12-də keçiriləcək. İkinci təsnifat mərhələsinin oyunları isə 19-26 iyul tarixlərində baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.